Masallıda 2 min abonentin qazı KƏSİLDİ

 09:01 16.01.2024     840

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

Redaktor.az xəbər verir ki, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”-deyə, məlumatda vurğulanıb.