Bu ərazidə beş mərtəbədən hündür binaların tikintisinə İCAZƏ VERİLMƏYƏCƏK
![](https://img.redaktor.az/news/2024/01/photo_228738.jpg?v=MDI6MTgyMDI0LTAxLTE2IDExOjAwOjEy)
“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.
Komitə sədri deyib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:
O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.