Ödənişli yol işləkliyini itirəcək - Deputat

 11:40 16.01.2024     255

"Ödənişli Bakı-Quba yolu belə gedərsə, işləkliyini itirəcək".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Bu yoldan istifadə etmək yerli əhali üçün çətindir. Bir istiqamətdə gediş üçün tarif 9,70 qəpik olaraq müəyyən olunub. Bir kəndli, fermer üçün iki dəfə bu yolu getmək nə qədər çətin olur özünüz düşünün. Tariflərə yenidən baxılmalıdır. Baş nazirə də bununla bağlı bildirmişəm. Bu tarifə yenidən baxmalıyıq. Hesab edirəm ki, tariflər aşağı salınmalıdır”,- deyə o bildirib.