“Heç “Şəfəq”in yeridir?" - Deputat

 13:23 16.01.2024     246

O gün eşidirik ki, Toponomiya komissiyası bir kəndin adının  “Şəfəq” olmasını təklif edib. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisinin Regional məsələlər komitəsinin iclasında komitə sədr Siyavuş Novruzov deyib.

“Heç “Şəfəq”in yeridir? Bununla bağlı məsələ bizə hələ daxil olmayıb. Daxil olanda baxacağıq, bu adın mənbəyi haradan gəlir”,- deyə komitə sədri bildirib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi barədə qərar qəbul edilib.