Azərbaycanda qızılcaya yoluxanların sayı AÇIQLANDI

 13:43 17.01.2024     336

2023-cü ilin aprel ayından başlayaraq əhali arasında qızılca xəstəliyinin sporadik yayılma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) Redaktor.az-a verilən məlumata görə, yoluxma əsasən uşaqlar arasında müşahidə edilib.

2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.