“Azəriqaz”ın media və QHT nümayəndələri ilə növbəti görüş olacaq
![](https://img.redaktor.az/news/2024/01/photo_228985.jpg)
“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq.
Redaktor.az xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 19 yanvar saat 11:00-da başlayacaq.
Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
![2](https://img.redaktor.az/gallery/2024/01/228985_65a8f0b513324.jpeg)