"Daha çox müraciət limitin yenilənməsi ilə bağlıdır"

 11:53 19.01.2024     263

“Bu il Qəza çağrı xidmətinə daxil olan müraciətlər keçən ilə baxanda demək olar ki, 2 dəfə azdır. Amma əslində dekabr ayında müraciətlər limitin yenilənməsi ilə bağlı olur”.

Redaktor.az bu sözləri SOCAR “Azəriqaz" İB-nin Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək jurnalistlərə açıqlamasında bildirib. 

O deyib ki, keçən illə müqayisədə 84 516 müraciət az daxil olub: 

"Belə ki, təzyiqlə bağlı 10761, qazın olmaması ilə bağlı 6915 az müraciət daxil olub”.

Həmidə İBRAHİMLİ