"Xəyanət edən qadını bağışlayan kişi çoxdur" - Psixoloqdan şok edəcək AÇIQLAMA

 12:37 19.01.2024     1401

Xəyanət bütün dövrlərdə cəmiyyətimizin ən aktual məsələlərindən biri olub. 

Ən böyük eşq yaşayan cütlüklər də, ən məşhur simalar da xəyanətə görə ayrılırlar. Əfsuslar olsun ki, bəzi xəyanətlərin nəticəsi çox ağır olur. Belə ki, həyat yoldaşı tərəfindən xəyanətə görə qətlə yetirilən ər və ya arvad sayı həddindən çoxdur. Bu sayın hər keçən gün artdığını da təəssüflə qeyd etmək lazımdır. 

Lakin xəyanət hər zaman ölümlə və ayrılıqla bitmir. Bəzən qadın və ya kişi xəyanət edən həyat yoldaşını bağışlaya bilir. Bu isə onun ətrafı və cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Çox vaxt qadının ərinin xəyanətini bağışladığını görürük. Bu, adətən normal qarşılanır. Hətta onun qohumları və yaxınları tərəfindən ailəsini dağıtmaması üçün xəyanəti bağışlamağa vadar edildiyini də bilirik. 

Cəmiyyətimizdə kişinin xəyanət edən həyat yoldaşını bağışlaması normal hesab olunmur. İnsanlar bunun mentalitetimizə zidd olduğunu düşünürlər və xəyanəti bağışlayan kişini sərt şəkildə tənqid edirlər. 

Bəs nə üçün Azərbaycan cəmiyyətində qadınların xəyanət edən həyat yoldaşını bağışlaması normal sayılır, kişilərin isə xəyanət edən qadını bağışlaması qəbul olunmur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Vəfa Rəşidova dedi ki, hər şey göründüyü kimi deyil:

"O qədər ailələr var ki, xanımlar xəyanət edib, amma bəylər bağışlayıb. Sadəcə olaraq kişilərin xəyanəti hər zaman daha çox danışılır. Yəni qadınların da xəyanət etməsinə rəğmən, kişilər daha çox müzakirə olunur. Hətta kişilərin daha çox xəyanət etdiyini deyirlər. Amma burada bir məntiqsizlik var. Çünki kişilər xəyanəti elə qadınla edirlər. Deməli, bəzi qadınların da xəyanət etdiyini qəbul etməliyik". 

Psixoloq qeyd etdi ki, bəzi qadınlar xəyanət etməsinə baxmayaraq, həyat yoldaşları onları bağışlayır:

"Xəyanət edən qadın və onu bağışlayan kişi çoxdur. Sadəcə mövzu gizli qaldığı üçün müzakirə olunmur. Bu səbəbdən də hamı elə başa düşür ki, kişiləri bağışlamaq olur, amma qadınları bağışlamırlar. Həmişə elə düşünülür ki, xəyanət edən qadından həyat yoldaşı boşanır. Amma bəzən onları da bağışlayırlar. Yəni bu da gizli qalan mövzulardan biridir".

Taleh