Şuraabad qəsəbə sakinləri “Açıq mikrofon”da

 15:35 19.01.2024     287

5 müraciətin ünvanlandığı “Açıq mikrofon” aksiyası bu gün Xızı rayonunda baş tutub.

Redaktor.az xəbər verir ki, mikrofon önünə çıxan Şuraabad qəsəbəsinin 3 sakini fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Seyfəddin Milazov öncədən ödənişli (smart-kart) tipli qaz sayğacına ödəniş zamanı üzləşdiyi problemi dilə gətirib.

Giləzi qəsəbəsindən qatılan 1 nəfər isə küçə qaz xəttinin çəkilməsini xahiş edib. Görüşdə səsləndirilən hər bir problem və təklif qeydiyyata alındıqdan sonra araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.