Məhəmməd peyğəmbəri təhqir edən erməni mənşəli jurnalist azanı “təcavüz” adlandırdı

 11:15 22.01.2024     213

Türkiyədə müxalifətçi kimi tanınan erməni mənşəli jurnalist Sevan Nişanyan azanı hədəfə alıb.

Redaktor.az xəbər verir ki, o, məsələyə dair ağır ifadələr işlədib.

Nişanyan azanın oxunmasını Türkiyədə yaşamağın qorxulu tərəflərindən biri kimi təqdim edib.

Dinə və azan səsinə, sözün əsl mənasında, kin bəsləyən Nişanyan səsgücləndiricilərlə oxunan azanın “təcavüz” olduğunu bildirib.

2013-cü ildə şəxsi bloqunda yazdığı bir məqalədə erməni mənşəli jurnalist hz. Məhəmmədi təhqir etdiyi üçün 13 ay 15 gün həbs cəzasına məhkum edilib.