AZAL bu istiqamətlərə aviabiletlərin qiymətini endirdi

 09:54 23.01.2024     202

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) Avropanın Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə endirim aksiyasına başlayır.

Bu barədə Redaktor.az-a AZAL-dan bildirilib.

Endirimli aviabiletləri yanvarın 23-dən fevralın 1-dək əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin Fevralın 1-17-də həyata keçirəcəyi reyslərinə şamil olunur. Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir:

- Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir.

- Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avro təşkil edir.

- Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir.

Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.