Nazirdən Bakıdakı tıxaclarla bağlı TƏLƏB

 16:05 23.01.2024     251

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına dair Kollegiya iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov paytaxtda nəqliyyat sıxlığının mövcudluğundan və tıxacların yaranmasından danışıb.

Nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.