Şəki şəhərinin sakinləri "Açıq mikrofon"da
![](https://img.redaktor.az/news/2024/01/photo_229488.jpg)
"Regionlarda təşkil olunan "Səyyar qəbul otağı"nın müsbət nəticəsi kimi Şəki şəhərinin 118 və 119-cu kvartallarının qazlaşdırılması istiqamətində adıçəkilən ərazilərə artıq mal-material gətirilib.
Redaktor.az "Azəriqaz" İB-yə istinadən xəbər verir ki, yaxın zamanda həmin ərazidə qazlaşma işlərinə başlanılacaq.
Bu gün isə "Açıq mikrofon" aksiyası 120 və 121-ci kvartalların sakinlərinin ixtiyarındadır". Bunu Zaqatala RQİİ-nin rəisi aksiya zamanı çıxışında bildirib. Daha sonra sakinlər müraciətlərini ünvanlayıblar. 120 və 121-ci kvartalların sakinləri də tezliklə mavi yanacaqla təmin olunmalarını xahiş ediblər. Aksiyaya, həmçinin Şəkinin kəndlərindən də sakinlər qatılıb. Bolludərə və Qaratorpaq kəndlərindən gələnlərin də müraciətləri qazlaşdırılma ilə bağlı olub. Zaqatala RQİİ-nin rəsmiləri səslənən bütün müraciətləri qeydiyyata alıblar.
![2](https://img.redaktor.az/gallery/2024/01/229488_65afb7f03f732.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/229488_65afb7f03f790.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/229488_65afb7f03f7c4.jpeg)
![2](https://img.redaktor.az/gallery/2024/01/229488_65afb7f03f7ea.jpeg)