Cəbrayıllılara şad xəbər - bu il köç olacaq
Bu il Cəbrayıl şəhərinə köç olacaq.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən Redaktor.az-a bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq.
Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir.
Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.