Klarnet ifaçısı parklanmadan şikayət etdi - VİDEO

 10:21 26.01.2024     445

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Azərbaycan Milli Konservatoriyasının önündəki ödənişli parkinqdən şikayətlənib.

Redaktor.az xəbər verir ki, ifaçı bununla bağlı öz instaqram hesabında paylaşım edib.

“Biz burada maşınlarımızı pulsuz saxlayırdıq. Lakin bir neçə gün öncə parklanmanı ödənişli etdilər”, - H. Məhəmmədoğlu bildirib.

Sənətçi qeyd edib ki, belə qərarlar verəndə tələbələri də nəzərə almaq lazımdır: “Burada tələbələr təhsil alır, biri qazanır, biri yox. 6-7 saat dərsdə oluruq. Məşqlərimiz olur, imtahana hazırlaşırıq. Hamı o pulu ödəyə bilmir. Bir saat üçün ödəmək olar, amma 8-9 saat burada dərsdə olan tələbələr var. Çox xahiş edirəm ki, bu məsələni kökündən həll edəsiniz”.

Həmin görüntüləri təqdim edirik: