Bu mənzillərə qazın verilişi dayandırılacaq - RƏSMİ

 16:56 26.01.2024     231

“Bəzi hallarda mənzillərdə mətbəxin yeri yaşayış otaqları ilə dəyişdirilir. Layihədən kənar görülən bu iş qaz təchizatı normalarına ziddir”.

Redaktor.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi (SƏTƏM) və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov deyib.

O əlavə edib ki, ümumiyyətlə, həmin əraziyə qaz xəttinin çəkilməsi qadağandır:“Əgər otağın eni 4 metrdirsə, 6 metrlik boru ilə tranzit qaz keçidi edə bilərlər. Bizim kiminsə mətbəxini sökmək səlahiyyətimiz yoxdur, amma abonent şərtlərə riayət etmədiyi təqdirdə qaz verilişi dayandırıla bilər. Mətbəxin ölçülərinin kiçildilməsi zamanı normativlər nəzərə alınmalıdır. Əgər dörd gözlü qaz quraşdırılıbsa, otağın həcmi 14 kvadratmetr olmalıdır.

Bu az olduğu halda, biz onu nöqsan kimi qeyd edirik. Çünki, yanan qazın həcminə uyğun oksigen olmalıdır. Əks halda, dəm qazından zəhərlənmə halları baş verə bilir.

Bu vəziyyət həmin anda istehlakçını zəhərləməsə də, zamanla onun sağlamlığında ciddi problemlərə, xəstəliklərə səbəb olur”.

Həmidə İBRAHİMLİ