Nazirlik əlillik təyinatının 50 faizindən imtina etdi

 12:05 30.01.2024     292

Ötən il əlillik təyinatı ilə bağlı təqdim edilən rəylərin və sənədlərin düzgün olmaması ilə bağlı edilən müraciətlərin 43 %-i təsdiqini tapıb.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

Onun sözlərinə görə, təyinat zamanı təqdim olunan bütün sənədlər dəqiqliklə yoxlanılır: "Ümumilikdə ötən il təyinatla bağlı 70 mindən yuxarı müraciət olub. Bununla yanaşı, il ərzində təkrar əlilliyə görə müraciət edənlərin sayı iki dəfə azalıb".