Əməliyyat zamanı ölən şəxslə bağlı - RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Cavadov vəfat edib.
Redaktor.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, şəxs əməliyyat zamanı vəfat edib:
“Göyçay Rayon Mərkəzi Xəstəxanasının Şüa diaqnostika şöbəsində rentgen-texnik vəzifəsində çalışan Göyçay rayon sakini 1961-ci il təvəllüdlü (cinsi kişi) şəxs yanvarın 29-da həkim-travmatoloq tərəfindən sol ayağın birinci barmağının distal falanqasının xroniki osteomieliti, barmağın fleqmonası, şəkərli diabet tip 2, ağır forma, sol ayağın V barmağın qazanılma olmaması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyat zamanı ağciyər arteriyasının trombemboliyası diaqnozu ilə dünyasını dəyişib”.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.