3 aptekdə nöqsanlar aşkarlandı

 16:21 05.02.2024     354

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin yanvar ayı ərzində respublikanın digər şəhər və rayonlarında 21 aptekdə planlı yoxlama aparılıb.

Mərkəzdən Redaktor.az-a verilən xəbərə görə, yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.