"Azəriqaz" Şirvan sahibkarları ilə görüş keçirəcək
![](https://img.redaktor.az/news/2024/02/photo_230853.jpg)
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə Redaktor.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şirvan şəhərində görüşü təşkil olunacaq. Aksiya Hacıqəhrəmanlı qəsəbəsində (İcra nümayəndəliyinin qarşısı) baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 8-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək
![2](https://img.redaktor.az/gallery/2024/02/230853_65c2139b41d57.jpg)