Ötən il adını, ata adını dəyişənlər - Statistika
Ötən il adını, ata adını və soyadını dəyişənlərin statistikası açıqlanıb.
Redaktor.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, qeyd edilən məsələlərlə bağlı ümumilikdə 46 345 müraciət daxil olub.
“2023-cü il ərzində qeydiyyat orqanlarında 2.492 vətəndaş adını, ata adını və soyadını dəyişdirib.
Müraciət edən 43.862 nəfərin isə soyad sonluğunun dəyişdirilməsi dövlət qeydiyyatına alınıb”, - rəsmi məlumatda bildirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.