Azərbaycanda ailənin 10-cu övladı doğuldu

 10:01 10.02.2024     530

Salyanda ailənin 10-cu övladı dünyaya gəlib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qaraçala kənd sakini, Abdullayeva Gülşən Asif qızı onuncu övladını dünyaya gətirib.

Salyan Doğum evində doğulan oğlan uşağının çəkisi 3,9 kq-dır.