"Meqa Sığorta" işçi axtarır

 11:38 12.02.2024     615

"Meqa Sığorta" ASC vakansiya elan edib.

Vakansiya: Hüquq departamenti Subroqasiya və Hüquqi təminat şöbəsinin müdiri

Vəzifə öhdəlikləri:

-          Subroqasiya hüququ əsasında cəmiyyət tərəfindən zərərvuran şəxslərə qarşı iddiaların vaxtlı-vaxtında qaldırılmasının, qəbul olunmuş qətnamələrin icrasının təmin edilməsi;

-          İddia ərizələrinin hazırlanması və təyinatı üzrə göndərilməsinin həyata keçirilməsinin təşkil edilməsinə nəzarət edilməsi, məhkəmə proseslərində Cəmiyyətin təmsil edilməsi;

-          Hüquqi məsələlərlə əlaqədar Cəmiyyətə və ya şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinə nəzarət edilməsi;

-          Şöbənin işçiləri arasında gündəlik iş bölgüsünün həyata keçirilməsi və icrasına nəzarət edilməsi;

-          Qanunvericilikdə olan dəyişikliklərin Cəmiyyətin daxili normativ sənədlərində vaxtlı-vaxtında əks olunmasının təmin edilməsi və lazımi hallarda müvafiq struktur bölmələrinin işçilərinin bu barədə məlumatlandırılması;

-          Müqavilələrin işlənilməsi, onlara hüquqi rəyin verilməsi, rəhbərlik tərəfindən təsdiq edilməsinin təşkil edilməsi;

-          Cəmiyyətin hüquqlarını və qanuni mənafelərini məhkəmədə və digər qurumlarda hüquqi müdafiə etməsi;

-          Cəmiyyətin hüquqlarının və qanuni mənafelərinin məhkəmədə və digər qurumlarda hüquqi müdafiəsi üçün zəruri sənədlərin hazırlanması;

-          Mühasibatlıq şöbəsinin yazılı sorğusu əsasında, subroqasiya ödənişləri ilə bağlı hesabatın verilməsi;

Namizədə olan tələblər:

-          Ümumi iş təcrübəsi 5 il, onlardan Sığorta sahəsində iş təcrübəsi  minimum 3 il.

-          Təhsili/ixtisası: Ali hüquq.

-          Dil bilikləri: Azərbaycan dili - əla; rus/ingilis dili - arzuolunandır.

-          Kompüter bilikləri: MS Office - əla.

-          Analitik düşünmə və problemləri həll etmə bacarığı.

-          Yazılı və şifahi kommunikasiya bacarıqları.

Əmək şəraiti və şərtləri:

Əmək haqqı:  namizədin sığorta sahəsində olan iş təcrübəsi və səriştəsinə uyğun təklif olunur.

İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini  [email protected]  elektron ünvanına mövzu hissəsində vəzifənin adı ("Şöbə müdiri") qeyd olunmaqla) göndərə bilərlər.