Baş nazir "Azərsığorta" ilə bağlı sərəncam İMZALADI

 16:41 12.02.2024     292

Baş nazir Əli Əsədov Prezident İlham Əliyevin “Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında” 16 iyul 2022-ci il tarixli fərmanını ləğv etməsi ilə əlaqədar yeni sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncama əsasən, "Azərsığorta"da mülki qanunvericiliyin tələblərinə uyğun olaraq 5 gün müddətində Maliyyə Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələrindən ibarət tərkibdə Ləğvetmə Komissiyası yaradılmalıdır.

Holdinq Komissiyada təmsil olunacaq nümayəndəsi barədə təkliflərini 3 gün müddətində nazirliyə təqdim etməlidir.

Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.