"Azəriqaz" Şamaxıda sahibkarlarla görüş keçirəcək
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.
Bu barədə Redaktor.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Şamaxı rayonunda görüşü təşkil olunacaq. Aksiya Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 21-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.