Bütün sosial ödənişlər bu tarixdə VERİLƏCƏK

 11:43 21.02.2024     2387

Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Redaktor.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.