"Azəriqaz"a müraciətlərin sayı azalıb

 11:22 23.02.2024     292

“Cari ilin yanvar ayı ərzində Birliyin Şikayətlərin araşdırılması şöbəsinə müxtəlif instansiyalardan və birbaşa vətəndaşlardan 512-i “Opentext” proqramı vasitəsilə, 1459-u elektron formada olmaqla, ümumilikdə 1971 müraciət daxil olub”.

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə “Opentext” proqramı vasitəsilə daxil olmuş müraciətlərdə azalma müşahidə olunur:

“Müraciətlər əsasən təbii qaza görə yaranmış borcun araşdırılması, fərdi qaydada evlərin qazlaşdırılması, kənd və qəsəbələrin qazlaşdırılması, təzyigin aşağı olması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi, hesablanmış dəymiş ziyanın araşdırılması, güzəştlərin tətbiq olunması və digər məsələlərlə bağlı olub”.

Həmidə İBRAHİMLİ