Qazdan istifadə edənlərin sayı açıqlandı

 11:27 23.02.2024     296

“Yanvar ayı ərzində Birliyin 104 Operativ Xidmət şöbəsinə 123 349 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Çağrı mərkəzinə daxil olan müraciətlərin sayında da azalmanın olduğunu qeyd edə bilərik”.

Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.

 Onun sözlərinə görə, 1 fevral 2024-cü il tarixinə İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 599 043-ə çatıb:

“Belə ki, abonentlərdən 2 555 679-u əhali sektorunun, 43 364-ü isə qeyri-əhali sektorunun payına düşür. Onu da bildirim ki, təkcə cari ilin yanvar ayı ərzində respublika üzrə 6 761 yeni abonent qeydiyyata alınıb. Əhali sektorunda təbii qazla təmin olunan bütün abonentlər (yəni 2 555 679) tam olarq qaz sayğacları ilə təmin olunub. Bu sayğaclardan 908 912 ədədi öncədən ödənişli (smartkart tipli) sayğaclardır”.

Həmidə İBRAHİMLİ