Azərbaycanda havayı qaz verilən məkanlar AÇIQLANDI
“2024-cü ilin yanvar ayı ərzində əhali sektorunda təbii qazla təmin olunan 2 528 804 abonent 12 qəpik tarifilə (ümumi abonentlərin 98,9 %), 25 093 abonent 20 qəpik tarifilə (ümumi abonentləin 1,0 %) və 1 782 abonent isə 25 qəpik tarifilə (ümumi abonentləin 0,1 %) təbii qazdan istifadə edib”.
Redaktor.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib.
Onun sözlərinə görə, eyni zamanda ötən ay ərzində Respublika ərazisində fəaliyyət göstərən 417 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Həmidə İBRAHİMLİ