Fevral ayının sosial ödənişləri yekunlaşıb
![](https://img.redaktor.az/news/2024/02/photo_232773.jpg)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi də başa çatdırılıb.
Nazirlikdən Redaktor.az-a verilən xəbərə görə, bundan əvvəl – fevralın 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin fevral ayının pensiyaları ödənilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.