30-a yaxın Balakən rayon sakini “Açıq mikrofon”da - FOTO
![](https://img.redaktor.az/news/2024/02/photo_233151.jpg)
Həftənin çərşənbə axşamında SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub.
"Azəriqaz"dan Redaktor.az-a verilən məlumata görə, Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb.
Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub. Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.
![2](https://img.redaktor.az/gallery/2024/02/233151_65ddd39bcbee5.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/02/233151_65ddd39bcc673.jpg)
![2](https://img.redaktor.az/gallery/2024/02/233151_65ddd39bcc7d6.jpg)