“Azəriqaz”da qanvermə aksiyası keçirilir - FOTO

 18:21 27.02.2024     400

"Azəriqaz" İstehsalat Birliyində “Qan ver, həyat ver” devizi altında könüllü qanvermə aksiyasına start verilib.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, talassemiyadan əziyyət çəkən uşaqlara dövlət qayğısının təzahürü kimi Birliyin inzibati binasında hər il həyata keçirilən qanvermə aksiyası artıq ənənəvi hal alıb.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə keçirilən tədbirdə qan vermək istəyən qaz təsərrüfatı işçilərini Mərkəzi Qan Bankının əməkdaşları müayinə etdikdən sonra qanvermə aksiyasına başlanılıb. Xeyriyyə aksiyasında rəhbər şəxslərlə yanaşı, Birlik əməkdaşları da iştirak edir.

Qeyd edək ki, 27 və 28 fevral tarixlərində tədarük olunan qan və qandan hazırlanan preparatlar hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

2222