Uşaqları sosial şəbəkələrdən necə qoruyaq?
"Uşaqlar sosial şəbəkələrdə problemləri ilə bağlı valideynlərinə etibar etmirlər, çünki onları axmaq hesab edirlər."
Redaktor.az xəbər verir ki, bu barədə sosial- psixoloq Mixail Verşinin danışıb.
Mütəxəssisin sözlərinə görə, 70% hallarda uşaqlar zorakılıq problemini özləri həll etməyə çalışırlar.
“Onlar nadir hallarda müəllimlərə və böyüklərə müraciət edirlər. Bu qlobal problemdir. Ancaq Rusiyada valideynlərin rəqəmsal bacarıqlarının uşaqlarınkından daha aşağı olması da özünəməxsusdur. Uşaqlar proqramları valideynlərindən daha yaxşı başa düşürlər”,- deyə mütəxəssis "Radio 1"də “Sənə yalvarıram” verilişində deyib.
Psixoloq qeyd edib ki, erkən rəqəmsal sosiallaşma səbəbindən onlayn zorakılıq adi hala çevrilir. Onun sözlərinə görə, uşaqlarda internetlə ilk təmas yaşı 4-6 yaş arasında yaranmağa başlayır.
O bildirib ki, bu prosesləri tədqiq edən sosial-psixoloqlar rəqəmsal sosiallaşmanın realdan daha tez baş verməyə başlaması ilə üzləşirlər.
“Yəni, uşaqlar nə olduğunu hələ dərk etmədiyi halda, çox erkən internetə daxil olurlar. Onlar bu zaman heç bir qaydaların olmadığı sosial şəbəkələrə düşürlər:
"Uşaq yaxşı bir mühitə düşərsə, yaxşı bir sosiallaşma prosesi olacaq, başqa bir mühitə düşsə, Allah göstərməsin, "mavi balinalar" artacaq..."
Uşağın virtual və real aləmdə sosiallaşmasına kömək etmək üçün psixoloq onunla daha çox münaqişələr və emosiyalar haqqında danışmağı, İnternetdəki münaqişənin necə fərqli şəkildə həll oluna biləcəyini izah etməyi tövsiyə edib.
Onun fikrincə, sosial şəbəkələrin itifadə zamanı uşaqdan kömək istəmək lazımdır.
"Bununla da uşağın maraqlarını və problem sahələrini başa düşmək olar”,- deyə o qeyd edib.
Sultan AYXAN