"Erkən nikahların qarşısını almaq üçün təkliflər hazırlanıb" - Prezident Administrasiyası

 12:08 28.02.2024     194

Azərbaycanda erkən nikahların qarşısını almaq üçün müvafiq qanunlar və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanıb.

Redaktor.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, əsas məqsədləri bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır:

"Erkən nikahlarla bağlı maarifləndirmə, ictimaiyyətin bu problemlərin həllinə qoşulması mühümdür. Təbii ki, biz anlayırıq ki, erkən nikah tək Azərbaycanda deyil, dünyada da ciddi problemdir. Bu problem bizi də narahat edir. Məqsədimiz balanslı, effektiv həll yollarının tapılmasıdır".