İlham Əliyev bu nazirliklə bağlı fərman İMZALADI

 16:15 02.03.2024     1540

Prezident İlham Əliyev “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, fərmana əsasən, əsasnamənin 5.8-ci bəndinin birinci abzasından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən” sözləri çıxarılıb.

Qeyd edək ki, əsasnamənin 5.8-ci bəndində nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirindən, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət Nazirliyin kollegiyası yaradılması nəzərdə tutulurdu.