Qohum evliliyi daha çox savadsız cəmiyyətlərdə geniş yayılıb - Zahid Oruc

 11:52 12.03.2024     333

Qohum evliliyi daha çox savadsız cəmiyyətlərdə geniş yayılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, deputat Zahid Oruc qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin 20 faizə qədəri qohum evliliklərinin məhsuludur: "Bu, iqtisadi inkişafı zəif olan, savadsız cəmiyyətlərdə daha geniş yayılıb. Pakistan və Hindistanda bunun faiz göstəricisi daha yüksəkdir. Tarixi faktlara baxsaq, Misir fironlarının hakimiyyətinin dağılmasının əsas səbəblərindən biri qohum evliliyindən doğulan uşaqların fiziki və əqli problemləri olub. İslam dinində Məhəmməd peyğəmbərin qızını öz əmisioğlu ilə evləndirməsi də nümunə kimi çəkilir".

Z.Oruc təkcə kasıbların deyil, varlıların da bu cür hallara yol verdiyini də vurğulayıb: "Onlar "mənim var dövlətim kimə qalacaq" deyə düşünərək qohum evliliklərinə yol verirlər. Təkcə, 2022-ci ildə 15-17 yaş arası analardan 2011 övlad dünyaya gəlib".