Ünvanlı dövlət sosial yardımı ilə bağlı dəyişiklik edildi - QƏRAR
![](https://img.redaktor.az/news/2024/03/photo_234737.jpg?v=MTY6NDgyMDI0LTAzLTEzIDE2OjU5OjU0)
Ünvanlı dövlət sosial yardımın alınması üçün ailənin orta aylıq gəlirinin hesablanması qaydasına dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.