"Onkoloji xəstələrin dərman ehtiyatının sığorta ilə təmin edilməməsi anlaşılan deyil"

 12:20 15.03.2024     489

Onkoloji xəstələrin dərman ehtiyatının sığorta ilə təmin edilməməsi anlaşılan deyil. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən  iclasında millət vəkili Əhliman Əmiraslanov deyib. 

“Onkoloji xəstəliklərin dərmanları böyük məbləğ tələb edir. Onkoloji xəstələrin dərmanlarının sığorta ilə qarşılanması dəfələrlə müzakirə edilsə də, nəticə əldə edilməyib. Bu, təxirə salınmadan təmin edilməlidir”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ