"Yataqxanalarda yaşayan insanlar üçün sosial evlər tikilməlidir" - Aydın Mirzəzadə
“Mingəçevirdə vaxtilə fəaliyyət göstərən səneyə obyektləri indi yataqxanalara çevrilib”.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
“Orada yaşayan insanların yeni ev almaq imkanı demək olar ki, yoxdur. Hətta otaq boşalan kimi yeni ailə həmin otağa yerləşir. Binaların sayı 12-dir. Bu yataqxanalarda yaşayan insanlar üçün sosial evlər tikilməlidir. Mingəçevirin sənaye şəhəri kimi nüfuzunu saxlaması üçün böyük addım ola bilər”,- deyə o bildiirib.
Humay İSGƏNDƏRLİ