Təəssüflər olsun ki, peşə təhsilinə qəbul azdır - Komitə sədri
2023-2024 tədris ilində 66 min 700 nəfər ali məktəbə qəbul olub.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəxtiyar Əliyev deyib.
“Bu iqtisadi baxımdan da yaxşı rəqəmdir. Amma təəssüflər olsun ki, peşə təhsilinə qəbul azdır. Peşə təhsilinə qəbul ali təhsilə qəbuldan çox azdır. 10 minlərlə gəncin peşə təhsilindən kənarda qalması iqtisadiyyatımıza mənfi təsir edir. Bu istiqamətdə addımlar atılmalıdır”,- deyə millət vəkili qeyd edib.
Humay İSGƏNDƏRLİ