"Boşanan köçkün qadınların köçkün statusu qaytarılsın!" - Razi Nurullayev
Deputat Razi Nurullayev məcburi köçkün qadının ərindən boşandıqdan sonra da köçkün statusu almasını təklif edib.
Redaktor.az xəbər verir ki, o bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
“İmişlinin kanalizasiya sisteminin yarımçıq qaldığını deyərək, bunun üçün vəsait ayrılmasını xahiş edirəm. Xahiş edirəm, Nazirlər kabinetinin işçilərinə də deyin ki, vətəndaşlara göndərdikləri şablon məktubları deputatlara da göndərməsinlər”,- deyə o, əlavə edib.
Humay İSGƏNDƏRLİ