10 gün əvvəl ağacdan yıxılan şəxs öldü
![](https://img.redaktor.az/news/2024/04/photo_236858.jpg?v=MTQ6MTEyMDI0LTA0LTA1IDEwOjQyOjMy)
Abşeron rayonunun Pirşağı qəsəbəsində 10 gün əvvəl ağacdan yıxılan 34 yaşlı kişi müalicə olunduğu xəstəxanada ölüb.
Redaktor.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Elvin İsgəndər oğlu Pənahov ağacdan yıxılıb.
Hadisə nəticəsində o, ağır xəsarət alıb və Sumqayıtda xəstəxanaya yerləşdirilib.
Aparılan müalicələrə baxmayaraq E.Pənahov bu gün xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır (report).