“Şəhid valideynlərinin çoxu ev almadan vəfat edir" - Deputat
“4 ildir eyni məsələni səsləndirirəm, lakin heç bir tədbir görülmür, bunu da aidiyyəti qurumun yarıtmaz fəaliyyəti kimi səsləndirirəm".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
“Şəhid valideynlərinin çoxu ev almadan dünyasını dəyişir. Birinci Qarabağ müharibəsində şəhid verən yüzlərlə ailə hələ də evlə təmin edilməyib. Son bir neçə ildə görüşdüyüm yaşı 70-80-i ötən şəhid valideynlərinin bir neçəsi ev sahibi olmadan dünyasını dəyişib. Elə bil Sosial Təminat Agentliyi gözləyir ki, bunlar dünyasını dəyişsin, onların da evlə təmin etməkdən canları qurtarsın. İmişlidən bir şəhid anasının videosu yayılıb. Aidiyyəti qurumların nümayəndələri zəhmət çəkib şərhləri oxusunlar, məsuliyyət hiss etsinlər. Görsünlər ki, müəyyən şəxslər necə tənqid edilir”, - deyə deputat bildirib.
Humay İSGƏNDƏRLİ