“Qaçqınkom”un departamentlərindən biri ləğv edildi

 11:20 15.04.2024     844

"Qaçqınkom"un kollegiyasının tərkibində dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Kollegiyanın üzvləri siyahsındakı “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru” sözləri “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Hüquq və kadrlar şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.