Bakıda daha bir marşrut xətti "BakuBus"a verildi

 14:56 20.04.2024     489

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.

Bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bu marşrut xətti "Dərnəgül" metrostansiyası - Süyleyman Rüstəm küçəsi ("28 Mall" ticarət mərkəzi) istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olacaq.

"33 nömrəli şəhərdaxili müntəzəm marşrut üzrə sərnişindaşıma tələblərinə tam cavab verən müasir və komfortlu avtobuslar fəaliyyət göstərəcək. Gediş haqqı nağdsız qaydada olacaq", - məlumatda deyilir.