Yeni dövlət rüsumu olacaq - 150 manat

 12:57 23.04.2024     615

Yeni dövlət rüsumu müəyyənləşir.

Redaktor.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün 150 manat dövlət rüsumu alınacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Humay İSGƏNDƏRLİ