“İstərdim ki, heç kim siqaret çəkməsin” - Deputat

 12:54 07.05.2024     378

“İstərdim ki, heç kim siqaret çəkməsin”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“İstərdim ki, Azərbaycanda tütün istehsal olmasın. Keçən dəfə Tahir müəllim dedi ki, elektron siqareti ləğv edək. Amma araşdırma etdim, elektron siqaret daha zərərsizdir. Bildirilir ki, iradəsi zəif olanlar elektron siqaretdən istifadə etsinlər. Biz isə, elektron siqareti ləğv edirik ki, hamı siqaret çəksin”,- deyə deputat bildirib.

Humay İSGƏNDƏRLİ