Azərbaycanda bu subsidiyanın verilmə vaxtı açıqlandı
Azərbaycanda ixracatçılara logisitika subsidiyalarının verilməsinə 2024-cü ilin ikinci yarısında başlanacaq.
Redaktor.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda ənənəvi bazarlarla bağlı təhlillər aparılır: "Bəzi məhsullar üzrə subsidiyalaşma həyata keçiriləcək. Amma əsas subsidiyasının məğzi yeni ölkələrə, yeni bazarlara və ən önəmli işğaldan azad olunmuş ərazilərdə yeni yaranmış istehsal olan yerlərdən məhsulların xarici bazarlara çatdırılması ilə bağlıdır".
Y.Abdullayev subsidiya məbləğinin hələ müəyyən olunmadığını qeyd edib.
“Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu mexanizm ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq", - deyə Y.Abdullayev əlavə edib.
Xatırladaq ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir (report).