"Uber" də qiymətləri qaldırdı - RƏSMİ
Tariflər dəyişməsə də, son zamanlar istifadəçilər daim hərəkət etdikləri marşrutlar üzrə taksi qiymətlərində artım müşahidə ediblər.
Redaktor.az xəbər verir ki, "Uber" taksi şirkətindən bildirilib.
Qeyd edilib ki, yoldakı vəziyyət, boş avtomobillərin və sifariş sayının nisbəti, həmçinin, səfərin məsafəsi və müddəti kimi amillər "Uber" proqramında sifariş edilən səfərin qiymətinə təsir edir.
"Tələbatı ödəyən sürücü sayını təmin etmək üçün sistemdə avtomatik olaraq artan əmsal tətbiq edilir. Bu, daha çox sürücü cəlb etməyə imkan verən müvəqqəti tədbirdir. Lazımi say təmin edilən kimi artan əmsal dayandırılır və qiymət aşağı düşür", - deyə əlavə edilib.