Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - Seçim turunun vaxtı AÇIQLANDI

 17:17 17.05.2024     420

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi yaşayış sahələrinin siyahısına daha 328 yeni, tam təmirli mənzil əlavə edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İKZF məlumat yayıb. Mənzillər Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində təklif olunur.

Bildirilir ki, mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün mayın 23-dən etibarən açıq olacaq.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4 434 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.